London 2012: kişilər arasında futbol turnirinin finalçıları məlum olmuşdur
London Olimpiadasında kişilər arasında futbol turnirinin finalçıları məlum olmuşdur. Bunlar Braziliya və Meksika yığmalarıdır.
Braziliyalılar finala çıxmaq uğrunda mübarizədə Koreya Respublikasının yığma komandasına 3:0 hesabı ilə qalib gəlmişlər. Həmin görüşdə qollardan birini Moskvanın “Spartak” komandasının yeni üzvü Romula, digər iki qolu isə Leandro Damian vurmuşdur.
Braziliya yığması Olimpiadanın finalında digər yarımfinalda Yaponiya komandasına 3:1 hesabı ilə qalib gəlmiş Meksika yığması ilə qarşılaşacaqdır.
Həlledici matç avqustun 11-də, üçüncü yer uğrunda görüş isə avqustun 10-da keçiriləcəkdir.
Xatırladaq ki, Braziliya tarixdə üçüncü dəfə Olimpiadanın finalına çıxmış, lakin indiyə qədər heç vaxt Olimpiadada qızıl medal qazanmamışdır. Meksika yığması üçün bu final birinci olacaqdır.

Xəbər 1138 dəfə oxundu.