Azərbaycan idmançılarının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXVIII Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilsinlər:

“Şöhrət” ordeni ilə
Mansurov Fərid Salman oğlu
Cəfərov Elçin Lənkəran oğlu
Həsənoğlu Əliqulu

“Tərəqqi” medalı ilə
Aslanov Fuad Alxan oğlu
Aşumova İradə Süleyman qızı
Meftəhəddinova Zemfira Əli qızı
Məmmədov Ağası Ağagül oğlu
Cəfərov Hafiz Yusif oğlu
Eyvazov Məmməd Fətəli oğlu
Kazımov Vaqif Babaş oğlu
Lunyov Vladimir Terentyeviç

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2004-cü il.

Xəbər 919 dəfə oxundu.