Avrokubok ümidləri: mübarizə əsas yarışla başlanır
Bakının da evsahibliyi etdiyi qitə futbol çempionatının həyəcanı ölkəmiz üçün ilin əsas futbol yarışı olan Avropa klub kuboklarına da yönəlib.

Artıq bu həftə Azərbaycan çempionu, uzun illərin həsrətinə son qoymuş "Neftçi" yaşıl meydana çıxacaq. Qəribə təsadüflə komandanın səfəri çox da uzağa olmayacaq. Rəqib qonşu Gürcüstanın çempionu və "Neftçi"nin SSRİ çempionatlarında prinsipial "Qafqaz derbiləri"ndəki rəqibi Tblisi "Dinamo"sudur. Tarixdə ilk dəfə keçirilən Konfrans liqasının ilk ilində isə ümidləri zirvədən enmiş "Qarabağ"la yanaşı, "Keşlə" və "Sumqayıt" da qüvvəsini sınayacaq. UEFA Konfrans liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ" "Aşdod"la, "Sumqayıt" Çukariçki (Serbiya) və "Keşlə" Rusiya Soçisi ilə rəqabət aparacaq.

Çempionlar Liqası. “Neftçi"

"Neftçi" budəfəki qitə mübarizəsinə nisbətən yaxşı hazırlaşmaq imkanı əldə edib. Sloveniyada təlim-məşq toplanışını başa vuran komanda sınaq matçlarında yerli "Olimpiya" (1:1) və "Domjale" (1:2) ilə qarşılaşıb. Son matçı isə Avstriyada Rusiya paytaxtı Moskvanın "Spartak"ına qarşı keçirərək 2:1 hesabı ilə qalib gəlib. Yeri gəlmişkən, "Spartak"la qarşılaşmada fərqlənmiş Harramiz Kita Ferreyra Soareş Portuqaliya "Eştoril"ində çıxış edib. Ümumən, o, "Keşlə"dən Sezar Meza Kollini heyətə cəlb etmiş "Neftçi"nin əsas transfer yeniliyidir. Komanda həmçinin "Sumqayıt"da icarədə olan Cabir Əmirlini, elə həmin klubdan Xəyal Nəcəfovu heyətə cəlb edib.

Komandanı icarə müddəti başa çatmış cəmi bir neçə ay qalan Keysuke Honda, habelə zədələr səbəbilə meydanda az görünən Əhməd Əhmədov (SSKA, Bolqarıstan), habelə "Keşlə"yə icarəyə verilmiş Rəhman Hacıyev və Turan Vəlizadə, Səlahət Ağayev ("Sabah"), Anton Krivotsyuk ("Visla", Polşa), əcnəbilərdən isə Brunu Teluşi, Stiven Monroz, Talisson Dias, Rener Alveş də tərk ediblər.

Kollektiv UEFA-ya sifarişində 22 futbolçunun adını göstərib: qapıçılar - 30.Aqil Məmmədov, 12.Kamran İbrahimov, 94.Əlirza Müştəbəzadə; müdafiəçilər - 3.Mamadu Mboc, 6.Voislav Stankoviç, 20.Mərd Çəlik, 26.Ömər Buludov; yarımmüdafiəçilər - 8.Emin Mahmudov, 10.Sezar Meza Kolli, 11.Harramiz Suares, 19.Fəhmin Muradbəyli, 21.İsmayıl Zülfüqarlı, 24.Yusuf Laval, 27.Fərid Yusifli, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 37.Vüsal Əsgərov, 70.Asim Əlizadə, 72.Emin Zamanov, 97.Xəyal Nəcəfov; hücumçular - 7.Namiq Ələsgərov, 22.Mirabdulla Abbasov.

"Neftçi" ilk oyunu iyulun 7-si (20:00) Boris Payçadze adına "Dinamo Arena"da, cavab görüşünü isə iyulun 14-ü (21:00) "Baksell Arena"da keçirəcək. Qalib komanda sonrakı mərhələdə Yunanıstan "Olimpiakos"unun qonağı olub (220-21 iyul), doğma divarlar arasında cavab matçında (27-28 iyul) qüvvəsini sınayacaq. Məğlub olan isə Çümpiomlar yolu ilə Konfrans liqasına enəcək "Makkabi" Hayfa (İsrail) və "Kayrat" (Qazaxıstan) cütünün məğlubu ilə üz-üzə qalacaq.

Hər iki halda "Neftçi"ni mürəkkəb bir yol gözləyir. Çünki "Qarabağ"ın bu yarışla başlayaraq həm çempionlar liqası, həm də Avropa liqasında qrup mərhələlərinə qədər irəliləməsi, bu səddi klublarımız üçün yeganə uğur səddi edib.

Konfrans liqası: “Qarabağ"

Ölkəmizi Konfrans liqasında təmsil edəcək 3 komanda da hazırlığını davam etdirir. Hələlik, səviyyəsi bəlli olan "Qarabağ" son dəyişikliklərədən sonra irəli böyük addım atmasa da, potensialını və imicini qorumağa çalışır. Kollektiv hazırlığı iki mərhələdə keçirir. Birinci mərhələ Bakıda başa çatıb. İkinci mərhələ isə Avstriyadadır. Burada komanda iyulun 7-də Bolqarıstanın SSKA-sı, 11-də Rusiyanın Tula "Arsenal"ı, 15-də isə Almaniya Bundesliqasından "Auqsburq"la qarşılaşacaq. Mahir Emrelini Polşaya yola salmış komanda əsas ümidini 2-illik müqavilə əsasında geri qaytardığı Ramil Şeydayevə yönəldəcək. 2017/2018-ci illər mövsümündə Ağdam təmsilçisinin formasını geyinmiş forvard o vaxt heyətdə möhkəmlənə bilməmişdi. Komanda Portuqaliyadan "Vilafrankenşe" klubunun üzvü olan 25 yaşlı braziliyalı yarlmmüdafiəçi Kadi Yuri Borceş Malinovskini transfer edib. Heyətdə "Legiya"ya keçərək Polşaya yola düşmüş Mahir Emrelidən savayı, Ruslan Hacıyev, Hacıağa Hacılı ("Zirə"yə icarə ilə) və Rafael Məhərrəmli ("Keşlə) yoxdurlar.

"Qarabağ" Bakıdakı sparrinqlərində Avrokubok iştirakçıları "Keşlə"ni 7:0, "Sumqayıt"ı isə 3:1 hesabları ilə məğlub edib.

UEFA Konfrans liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ" "Aşdod" klubu ilə iyulun 22-də (20:00) Tofiq Bəhramov adına Respublika stadionunda, iyulun 29-u isə İsraildə oynayacaq.

Konfrans liqası: “Sumqayıt"

"Sumqayıt" hazırlığın ikinci mərhələsi üçün iyulun 2-dən Türkiyənin Ankara şəhəri yaxınlığında Qızılcahamamdadır. Dörd yoxlama oyun keçirməyi planlaşdıran komanda toplanışın birinci mərhələsində yalnız "Qarabağ"la qarşılaşıb və uduzub 1:3.

Komandanın transfer və oyun kursunu dəyişəcəyi deyilsə də, hələlik "Qəbələ"dən Tərlan Əhmədli, Yusif Nəbiyev, Roman Hüseynovu və "Keşlə"dən Xəzər Məhmudovu heyətinə cəlb etməklə kifayətlənib. Komandanı Mehdi Cənnətov ("Zirə"), Mehdi Şərifi, Cavid İmamverdiyev, icarə müddəti bitərək "Neftçi" yə keçmiş Cabir Əmirli və həmin kluba keçmiş Xəyal Nəcəfov tərk ediblər.

"Sumqayıt" Serbiya "Çukariçki"si ilə ilk oyunu iyulun 22-si səfərdə və 29-da evdə keçirəcək.

Konfrans liqası: "Keşlə"

Azərbaycanın "Avropa dördlüyü"ndən ən zəif bəndi kimi yeni mövsümə gedən "Keşlə" hazrılıqlar çərçivəsində "Qarabağ"la görüşdən darmadağınlıq nəticə ilə ayrılmaqla, hələ qarşıda çox dəyişikliklərə ehtiyac olduğunu bir daha əyani nümayiş etdirdi. Komanda heyətini də əsaslı dəyişib. Sezar Meza Kolli ("Neftçi") və Xəzər Mahmudovdan ("Sumqayıt") savayı, komandanı Türkiyəyə üz tutmuş Vüsal İsgəndərli ("Keçiörəngücü"), Con Kamara, Sadio Tounkara, Silvio Rodriges, Yevgeni Koçuk, Elvin Yunuszadə, Bahadur Həziyev tərk ediblər. Gələnlərin cərgəsi də seyrək deyil. Amil Yunanovu "Səbail"dən transfer etmiş kollektivin bu mövsümdə əcnəbiləri 1 illik müqavilə bağladığı braziliyalı Felipe Santeş ("Maribor", Sloveniya), Şimali Makedoniyanın "Pelister"indən gəlmiş iki hücumçu - seneqallı Umar Qudiabi və portuqaliyalı Aldair Sapalu Amaru Netudur. Gürcüstanlı Merab Giqauri isə "Qəbələ"dən gəlib. Heyətdə Rəhman Hacıyev və Turan Vəlizadə (hər ikisi "Neftçi", icarə əsasında), Elçin Mustafayev ("Sabah", icarə), Umar Kudiabi də var. "Keşlə" Avropa macərasına Soçidə başlayıb, Bakıda davam etdirməlidir.

Göründüyü kimi, komandalarımızı bu il mürəkkəb oyunlar seriyası gözləyir.

BATI YAR

Xəbər 395 dəfə oxundu.