"Keşlə" kubokla daha bir şans qazandı
Mövsümün ən qeyri-sabit klubu adlandırıla biləcək "Keşlə" dirçəlmək və klub adına layiq olmaq üçün son 3 ildə daha bir şans qazandı. Ümumiyyətlə, bu oyunla ölkəni Avropada təmsil edəcək kollektivlərin taleyi müəyyən edilirdi. "Keşlə" bu qələbə ilə paytaxtın digər klubu "Zirə"nin qitə klub kuboklarına yolunu kəsib.

Əvvəlki illərdə "Keşlə" sadəcə, Avrokuboka vəsiqə qazanmaqla işini bitmiş hesab edirdi. Bu isə komandanın sonradan ciddi formalaşma problemlərinə yol açır, mövsümdəki qeyri-müəyyənliklərin təməlini qoyurdu. Əslində, "Sumqayıt" istər oyun, istərsə də potensial baxımından "Keşlə"dən qat-qat üstün və xoş təsir bağışlayır. Bununla belə, hətta ötən mövsümdə belə qəsəbə komandasının zəif mövsüm keçirdiyini söyləmək olmaz. Komanda hər oyunda döyüşdü, çatışmayan isə komandanın simasını müəyyən edən vahid dəst-xəttin olmamasıdır.

Hər halda ümid edək ki, nəhayət, "Keşlə" müasir futbolun biznes və planlama qaydalarına uyğun olaraq, böyük yola çıxacaq. Əgər pandemiyanın da futbola təsirlərini nəzərə alsaq, bu yerindən tərpənmək üçün bir fürsətdir. Üstəlik, Konfranslar liqası yarışının təsis edilməsi, imkanları və diş altında olan iştahı itiləməlidir.

BATI YAR

Xəbər 365 dəfə oxundu.