Son qərarlar üçün cəmi üç matç
Azərbaycan milli futbol komandası yay dövrünün yoxlama oyunlar seriyasına başlayıb. Belə matçlar istənilən halda milli komanda üçün faydalı olur. Çünki məşqçi korpusu bununla heyətin möhkəmləndirilməsi, heç olmasa, xətlərarası əlaqələrin formalaşdırılması və yeni oyunçuların heyətə uyğunlaşdırılması baxımından əhəmiyyət kəsb edir. Digər yandan isə sparrinqlər yalnız nəticə üçün keçirilmədikdə, komandanın oyun fəlsəfəsinin formalaşdırılmasında, rəsmi qarşılaşmalarda rəqiblərə qarşı tvaktiki-strateji planların müəyyən edilməsində, strategiyanın hədəflərə uyğunlaşdırılmasında mühüm rol oynayır.

Bu mənada təkcə Türkiyə millisi ilə matçın nəticəsi əsasında fikir söyləmək doğru olmaz. Bu səbəbdən millinin qarşıdakı 2 oyununun əsas məqamları da nəzərə alınmaqla yekun fikir söyləmək mümkün olacaq. İlk baxışda, Canni De Byazinin artıq nə istədiyini müşahidə etmək olar. Lakin bəzi məqamların xarakterik olmadığını görmək üçün ən azı oyun üslubu ilə Türkiyə millisindən fərqli olan Belarus və Moldova ilə görüşlərin də qayəsinə baxmaq lazımdır.

Hər halda sentyabr ayında başlayacaq rəsmi marafon üçün qeydlər götürməyə cəmi iki oyun qalıb.

BATI YAR


Xəbər 361 dəfə oxundu.