Azərbaycan üzgüçüsü Tokio Olimpiya Oyunlarına vəsiqə qazanıb
Azərbaycanın daha bir üzgüçüsü Tokio Olimpiya Oyunlarında çıxış edəcək. Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) üzgüçümüz Məryəm Şeyxəlizadəxangaha “vayld kard” verib. Bununla da İran əsilli idmançı Azərbaycanı Olimpiadada xüsusi dəvət əsasında təmsil edəcək.

İyulun 18-də 17 yaşı tamam olacaq Məryəm Şeyxəlizadəxangah İranın paytaxtı Tehranda doğulub və 2019-cu ildən Azərbaycan yığmasının üzvüdür.

Xəbər 411 dəfə oxundu.