İnterlə Qəbələnin 19-cu dueli
Azərbaycan Premyer Liqasının II turunun “İnter”lə oyunu bu komanda ilə 19-cu duel olacaq. Avqustun 10-dakı görüşə qədər “Qəbələ” 18 dəfə paytaxt təmsilçisi ilə görüşüb.

Bu qarşılaşmaların 16-sı çempionat, 2-si kubok çərçivəsində olub. Ümumi balans komandamızın xeyrinə deyil. Belə ki, “İnter”lə oyunlarda 3 qələbə və 6 heç-heçəyə nail olan “Qəbələ” 9 dəfə məğlub olub. Top fərqi də bakılıların xeyrinədir – 13:28.

Lakin rəqiblərin 10-cu dəfə üz-üzə gələcəyi “Qəbələ”nin meydanında tarazlıq var. Komandalar hərəyə 3 dəfə qalib gəlib və 3 dəfə bərabərliklə ayrılıblar. Top fərqində isə “Qəbələ” cüzi üstünlüyə malikdir – 7:6. Qələbə sayındakı tarazlığı pozmaq şansı yaranıb. Son 2 ev oyununda “İnter”ə uduzmayan “Qəbələ” bu uğurlu seriyanı da davam etdirməyə çalışacaq.

Xəbər 868 dəfə oxundu.