Daha bir cüdo referimiz beynəlxalq dərəcəli hakim adına layiq görülüb
Portuqaliyanın Koimbra şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimləri üçün seminar keçirilib.

Seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.

Nəticədə, Azərbaycanın ədalət təmsilçisi Akif Tahirov beynəlxaq dərəcəli hakim adına layiq görülüb. Referi seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıb.

Namizədlə əvvəlcə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.

Hakimimiz Koimbrada keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə edib.

Xəbər 403 dəfə oxundu.