Tamblinqçilərimiz Rusiyada beynəlxalq turnirdə 4 medal qazanıblar
Tamblinqçilərimiz Rusiyanın Mineralnıye Vodı şəhərində təşkil edilmiş məşq toplanışında və hazırlığın sonunda keçirilmiş yarışda iştirak ediblər.

Məşq toplanışı və yarışda iştirak üçün Rusiyaya tamblinqçilərimiz – Mixail Malkin, Bilal Qurbanov, Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov yollanıblar.

Təlim-məşq toplanışı iyunun 23-dən iyulun 1-dək davam edib. Ardınca tamblinqçilərin “Zvyozdi prijkov” adlı yarışı keçirilib. Turnirdə böyüklər arasında yarışan M.Malkin və gənclər yaş qrupunda çıxış edən A.Hacızadə və B.Qurbanov ikinci, A.Karataşov isə üçüncü yerdə qərarlaşıblar. Digər gimnastlarımız H.Əsədullayev, E.Məmmədov və böyüklər arasında yarışan T.Əliyev müvafiq olaraq 12-ci, 10-cu və 8-ci nəticəni göstəriblər.

Xəbər 481 dəfə oxundu.