Azərbaycan “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına 32-ci lisenziyanı qazanıb
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq üzrə milli komandasının üzvü Nurlan Babacanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Bu günədək milli Paralimpiya komandamızın idmançıları “Tokio-2020” Yay Paralimpiya Oyunlarına 32 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

İyulun 30-da milli Paralimpiya komandamızın lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcək.

Qeyd edək ki, Azərbaycan milli komandası “Rio-2016” XV Yay Paralimpiya Oyunlarına 22 lisenziya qazanmışdı.

Xəbər 452 dəfə oxundu.