Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. Komandamızın təlim-məşq toplanışı Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub.

Baş məşqçi Vüqar Əliyevin rəhbərliyi altında təşkil olunan hazırlıq prosesinə 15 oyunçu qatılıb.

Komandamızın hazırlıq prosesi avqustun 11-dək davam edəcək.

Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

Xəbər 369 dəfə oxundu.