Gənc yunan-Roma güləşçilərindən ibarət millimiz Avropa çempionatında dördüncü olub
Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı başa çatıb.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyinin son 3 günündə çıxış edən yunan-Roma güləşçilərimiz 4 medal qazanıblar.

Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Qurban Qurbanov (63 kq) gümüş, Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (72 kq) isə bürünc medala sahib olublar.

Beləliklə, Avropa çempionatına 9 idmançı ilə yollanan millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 99 xal toplayıb. Yığmamız bu nəticə ilə Avropa çempionatında dördüncü yeri tutub. Komandamız 3-cü pillədə qərarlaşan Türkiyədən cəmi 1 xal geri qalıb. Gürcüstan (154) birinci, Rusiya (118) isə ikinci olublar.

Xəbər 350 dəfə oxundu.