UEFA “Avro-2020”nin finalında istifadə olunacaq topu təqdim edib
UEFA futbol üzrə “Avro-2020”nin finalında istifadə olunacaq topu təqdim edib.

Avropa çempionatının final oyunu iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Turnirin ilk finalçısı iyulun 6-da keçiriləcək İtaliya-İspaniya oyunundan sonra müəyyənləşəcək. İkinci finalçı isə bir gün sonra keçiriləcək İngiltərə-Danimarka matçının qalibi olacaq.

Xəbər 460 dəfə oxundu.