Azərbaycan Premyer Liqasında çıxış edən klublara yeni toplar verilib
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublara yeni toplar verilib.

AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində çempionatın hər bir komandasına 2021/2022-ci il mövsümündə istifadə üçün 50 ədəd top təqdim edilib.

Qeyd edək ki, mövcud əməkdaşlıq çərçivəsində ötən iki mövsümdə də Premyer Liqa klublarına “Nike” topları təqdim olunub.

Xəbər 470 dəfə oxundu.