Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Qazaxıstana gedəcək
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

O, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Makkabi” (Hayfa, İsrail) oyununun hakim-inspektoru olacaq.

Matç iyulun 14-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi stadionda keçiriləcək.

Xəbər 326 dəfə oxundu.