"Serbia Chess Open 2021": Şahmatçılarımız uğurla irəliləyirlər
Serbiyanın paytaxtı Belqradda birinci beynəlxalq "Serbia Chess Open 2021" şahmat turniri davam edir.

Yarışın "Masters" turnirində Azərbaycan geniş heyətlə təmsil olunur.

Keçirlmiş dörd turdan sonra təmsilçilərimizin arasında ən yaxşı nəticəyə Vüqar Əsədli və Misrətdin İsgəndərov malikdrilər. Hər iki şahmatçımız 3,5 xalla hazırda 4-22-ci yerləri bölüşürlər.

Aktivlərində 3 xal olan Eltac Səfərli, Ülvi Sadqıqov, Xəzər Babazadə, Aydın Süleymanlı və Əhməd Əhmədzadənin də çıxşlarını uğurlu qiymətləndirmək olar.

“Serbia Chess Open 2021”də 41 ölkədən 400-dən yuxarı şahmatçı iştirak edir.

Xəbər 337 dəfə oxundu.