Maks Ferstappen Formula 1 üzrə Avstriya Qran-Prisinin qalibi olub
Bu gün Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull Ring” trasında keçirilən Formula 1 üzrə dünya çempionatının Avstriya Qran-Prisində Maks Ferstappen qalib gəlib.

“Red Bull“ komandasının holland pilotu bu qələbəsi ilə Avstriyada ən çox (dörd dəfə) qələbə qazanan idmançı olub. Sonrakı yerləri Valtteri Bottas ("Mercedes") və Lando Norris ("McLaren") tutublar.

Formula 1 yarışlarının rekord qalibi Levis Hemilton ("Mercedes") texniki nasazlığa görə dördüncü yerlə kifayətlənməli olub. Qələbələrin sayını 15-ə çatdıran Verstappen Hemilton ilə arasındakı məsafəni bir qədər qısaltmağa nail olub.


Bununla da 23 yarışdan ibarət mövsümün 9-cu mərhələsi Şpilberqdə 20 mindən artıq holland azarkeşin qələbə sevinci ilə başa çatıb.

Xəbər 351 dəfə oxundu.