Oğuzda uşu üzrə respublika turnirinə start verilib
İyulun 4-də Oğuz Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və kişilər arasında uşu üzrə respublika turnirinə start verilib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa 200-dən çox idmançı qatılıb.

Turnirdə ölkənin şəhər və rayonlarından ümumilikdə 20-dən çox idman klubu iştirak edir.

Qeyd edək ki, idmançılar yarışda uşunun çinda və sanda növləri üzrə yarışırlar.

Xəbər 412 dəfə oxundu.