Tomas Delaney Çexiya-Danimarka matçının ən yaxşı futbolçusu seçilib
Futbol üzrə “Avro-2020”nin dörddəbir final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Çexiya-Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Danimarka millisinin futbolçusu Tomas Delaney görüşün ən yaxşısı seçilib.

T.Delaney Çexiya millisi ilə matçda ilk qolun müəllifi olub.

Qeyd edək ki, Danimarka millisi 1992-ci ildən bəri ilk dəfədir Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.


Xəbər 290 dəfə oxundu.