Avropa birinciliyi: Daha iki boksçumuz mübarizəyə qoşulacaq
Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

Yarışın ikinci günündə 2 boksçumuz mübarizəyə qoşulacaq. Yığmamızın üzvü Nadir Məlikov (57 kq) Davide Pasçazionu (İtaliya), Fuad Babayev (60 kq) isə Asen Asenovu (Bolqarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, qitə birinciliyinin birinci günündə boksçularımızdan Mahir Süleymanov (52 kiloqram) slovakiyalı Dusan Bobekə qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıb.

Otuz ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Xəbər 388 dəfə oxundu.