Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar
Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 2 medal qazanıblar. Belə ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olub. Daha bir təmsilçimiz Nəriman Mirzəyev (66 kiloqram) bürünc medal qazanıb. Beləliklə, gənclərdən ibarət milli komandamız Koimbra turnirinin ilk günündə aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb. Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışır.

Xəbər 371 dəfə oxundu.