Avropa kuboku yarışında cüdoçularımız mübarizəyə başlayırlar
Bu gün Portuqaliyada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürür.

Turnirdə Azərbaycanı 10 cüdoçu təmsil edəcək. Oğlanların yarışında Turan Bayramov, Samir Piriyev, Kənan İsmayılov (60 kq), Vaqif Tarverdiyev, Kamran Süleymanov (66 kq), Çingiz Fəttahov, Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) medallar uğrunda mübarizə aparacaqlar.

İyirmi yeddi ölkədən 300-dən çox cüdoçunun qatıldığı yarış iyulun 4-də başa çatacaq.

Xəbər 392 dəfə oxundu.