Ağdamın “Qarabağ” klubu Almaniyanın “Auqsburq” komandası ilə qarşılaşacaq
Ağdamın “Qarabağ” futbol klubunun Avstriya toplanışında üçüncü rəqibi müəyyənləşib.

“Qarabağ” iyulun 15-də Almaniya Bundesliqa təmsilçisi “Auqsburq”la qarşılaşacaq. Oyunun başlama saatı hələ müəyyənləşməyib.

Qeyd edək ki, komandamız iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), ayın 11-də isə Rusiya təmsilçisi “Arsenal” (Tula) ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbər 351 dəfə oxundu.