“Avro-2020”: İtaliya millisi yarımfinalda İspaniya komandasına rəqib olub
İyulun 2-də futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsində ikinci oyun keçirilib.

Mərhələnin ikinci oyununda Belçika və İtaliya milliləri üz-üzə gəlib. Münhendə oynanılan görüşdə italiyalılar 2:1 hesabı ilə qalib gəliblər. İtaliya komandasının qollarını Nikolo Barella (31) və Lorenzo İnsiqne (44) vurub. Belçika seçməsinin yeganə qolunun müəllifi isə Romelu Lukaku olub.

Yarımfinalda İtaliya millisi İspaniya komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya stadionunda Çexiya-Danimarka matçı keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər 336 dəfə oxundu.