İsveçrə-İspaniya oyununun əsas vaxtında qalib müəyyənləşməyib
İyulun 2-də futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsi çərçivəsində keçirilən İsveçrə-İspaniya oyununun əsas vaxtı başa çatıb.

Sankt-Peterburqda oynanılan görüşdə əsas vaxtda qalib müəyyənləşməyib - 1:1. Oyunda hesabı İspaniya millisi 8-ci dəqiqədə açıb. Denis Zakariya avtoqola imza atıb. Fasilədən sonra isveçrəlilər hesaba tarazlıq gətirib. Cerdan Şakiri komandasının vacib qoluna imza atıb.

Oyunda hazırda qalibi müəyyən etmək üçün əlavə dəqiqələr oynanılır.

Qeyd edək ki, matçın 77-ci dəqiqəsində İsveçrə yığmasının futbolçusu Remo Froyler qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Xəbər 329 dəfə oxundu.