Azərbaycan karateçiləri dünya kuboku yarışında 7 medal qazanıblar
Xorvatiyanın Poreç şəhərində 12-21 yaşadək karateçilər arasında dünya kuboku yarışı keçirilib.

Turnirə qatılan milli komandamızın üzvlərindən Nuran Rzazadə (67 kq) və İnci Əzizova (50 kq) gümüş medal, Mədinə Sadıqova (55 kq) isə bürünc mükafat qazanıblar.

İyirmi bir yaşadək qızların kata yarışlarında mükafatsız qalan Emilya Mitilinovaya parakarate turnirində qızıl medala sahib olub.

Klubları təmsil edən idmançılardan isə 12 yaşlı uşaqlar arasında Vüsal Qənbərov birinci, Məhyəddin Cəfərli ikinci, Marat Semixov (üçü də 40 kq) üçüncü yeri tutublar.

Xəbər 364 dəfə oxundu.