Portuqaliyada keçiriləcək Avropa kuboku yarışında 10 cüdoçumuz iştirak edəcək
İyulun 3-də Portuqaliyada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürəcək.

Turnirdə Azərbaycanı 10 cüdoçu təmsil edəcək.

Oğlanların yarışında Turan Bayramov, Samir Piriyev, Kənan İsmayılov (60 kq), Vaqif Tarverdiyev, Kamran Süleymanov (66 kq), Çingiz Fəttahov, Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Yarış iyulun 4-də başa çatacaq.

Xəbər 374 dəfə oxundu.