Yeniyetmə cüdoçularımız Buxarestdə Avropa kuboku yarışlarında iştirak edəcəklər
İyulun 17-də Buxarestdə yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları keçiriləcək.

Turnirdə oğlanlar arasında 7, qızların yarışında 5 cüdoçumuz iştirak edəcək.

Oğlanlar arasında Rüfət Aydınov (60 kq), Qədir Hüseynov, Vüsal Qələndərzadə (hər ikisi 66 kq), Toğrul İbrahimov, Süleyman Əliyev (hər ikisi 73 kq), İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) mübarizə aparacaq.

Qızlar arasında isə Xumar Qasımzadə (40 kq), Fəridə Mirzəyeva (44 kq), Aydan Vəliyeva, Nəzrin Adnayeva (48 kq) və Rita Əliyeva (57 kq) güclərini sınayacaqlar.

Xəbər 359 dəfə oxundu.