“Gaming League Azerbaijan” tərəfindən keçirilən “Во3” formatında yarışa yekun vurulub
“Gaming League Azerbaijan” tərəfindən keçirilən və Silahlı Qüvvələr Gününə həsr olunan “Во3” formatında yarışa yekun vurulub.

Olimpiya sistemi üzrə keçirilən yarışda həm Azərbaycan, həm də Türkiyənin iki komandası təmsil olunub. Final görüşündə “WildCats” (Türkiyə) və “Karabakh Horses” (Azərbaycan) komandaları mübarizə aparıb. Qarşılaşma “WildCats” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “WildCats” komandası fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Üçüncü yer uğrunda görüşdə isə “Millennium AE” (Türkiyə) və ölkəmizi növbəti təmsilçisi “OnlyFans” komandaları üz-üzə gəliblər. Oyunda qardaş ölkənin təmsilçiləri 2:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Azərbaycan ilə Türkiyə arasında kiberidman sahəsində də əməkdaşlığın inkişaf etdirilməsidir.

“Gaming League Azerbaijan” yarışı Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə dəstəyi ilə təşkil olunub.

Xəbər 342 dəfə oxundu.