“Sabah” klubu millimizin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb
Bakının “Sabah” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

25 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, forvard 2020-ci ilin fevralından “Sabah”ın formasını geyinib. R.Şeydayev bu komandada keçirdiyi 29 oyunda 6 qola imza atıb.

Xəbər 349 dəfə oxundu.