Laçın rayonunun yeniyetmələri arasında mini-futbol turniri keçirilmişdir
“Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar Bakının Qaradağ rayonunun Ümüd qəsəbəsində məskunlaşmış Laçın rayonunun yeniyetmələri arasında mini-futbol turniri keçirilmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) tədbirlər planına müvafiq olaraq qəsəbənin futbol meydançasında keçirilən turnirdə 12 komanda iştirak etmişdir.
Yarışlarda “Mişni” komandası birinci, “Laçın” komandası ikinci, “Həkəri” komandası üçüncü yeri tutmuşdur.
İlk üç yeri tutmuş komandaların üzvlərinə müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubok təqdim olunmuşdur.
AzərTAc

Xəbər 1067 dəfə oxundu.