Bakıda “Avro-2020”nin dörddəbir final mərhələsinə həsr olunmuş açıq hava tamaşası təşkil olunacaq
İyulun 1-2-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında açıq hava teatrı təşkil olunacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, tamaşanın nümayişində məqsəd “Avro-2020” həyəcanını fərqli aspektdən göstərmək və hər kəsdə unudulmaz, xoş təəssürat yaratmaqdır.

Tamaşada danimarkalı yazıçı, “böyük nağılbaz” Hans Xristian Andersenin, xüsusilə, azyaşlı oxucular tərəfindən çox sevilən “Düyməcik” və “Qar kraliçasi” əsərlərindən hissələr nümayiş olunacaq.

Personajları səhnədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları canlandıracaqlar.

İyulun 1-də və 2-də saat 21:00-da başlayacaq tədbir saat 23:00-dək davam edəcək.

Tamaşaya giriş ödənişsiz olacaq.

Xəbər 423 dəfə oxundu.