"Sabah" klubu Ramil Şeydayevlə vidalaşdı
“Sabah” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

25 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, forvard 2020-ci ilin fevralından "Sabah"ın formasını geyinib. Şeydayev bu komandada keçirdiyi 29 oyunda 6 qola imza atıb.

Xəbər 323 dəfə oxundu.