Azərbaycan idmançısı sumo üzrə dünya çempionatında qızıl medal qazanıb
Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən sumo və kəmər güləşi üzrə dünya çempionatında iştirak ediblər.

Gənclər və böyüklər arasında keçirilən yarışda iştirak edən Camal Feyziyev sumo üzrə mütləq çəki dərəcəsində və kəmər güləşində bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Təmsilçimiz 115 kiloqram çəki dərəcəsində isə bürünc medala yiyələnib.

Sumo üzrə 21 yaşadək olan digər idmançılarımızdan Sadiq Əliyev və Vəliş Hacıyev bürünc medal qazanıblar. 23 yaşlı idmançılardan isə Kamal Ələsgərov üçüncü yerə çıxıb.

Kəmər güləşində isə Vəliş Hacıyev və Xəyyam Abdullayev bürünc medalla kifayətləniblər.

Yığma komandamız bu nəticə ilə yarışda ikinci pillədə qərarlaşıb.

Xəbər 354 dəfə oxundu.