Rumıniya millisində oynamış hücumçular “Xəzər Lənkəran”la danışıqlar aparırmış
"Styaua” klubunun futbolçuları Florin və Mihay Kostea qardaşları icarə əsasında Azərbaycanda oynamaqdan imtina ediblər. Rumıniya millisində oynamış hücumçular “Xəzər Lənkəran”la danışıqlar da aparırmış.

Lakin 27 yaşlı Florinin təşəbbüsü ilə qardaşların hər ikisi danışıqları yarımçıq dayandırıb. Buna səbəb isə “Styaua”nın qalmaqalları ilə məşhur olan prezidenti Cici Bekalidir.

Belə ki, Kostealar Azərbaycana azad agent kimi keçməyə çalışıblar. Bekali isə onların yalnız icarəyə verilməsinə razı olub. Bu isə qardaşları qane etməyib. Rumıniya mətbuatının iddiasına əsasən, qardaşların hərəsinə ildə 400 min avro təklif olunubmuş.

Qeyd edək ki, 27 yaşlı Florin 2011-ci ildən “Styaua”da çıxış edir. O, millidə 8 oyun keçirib. 3 yaş kiçik olan Mihay isə ölkəsinin gənclər yığmasındakı çıxışı ilə tanınır. O da qardaşı ilə birlikdə “Styaua”ya keçib.

Xəbər 828 dəfə oxundu.