“Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib
İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“Lester Siti” klubu “Zalsburq”dan Patson Dakanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Lester Siti” 22 yaşlı hücumçu ilə beşillik müqavilə imzalayıb.

Daka ötən mövsüm “Zalsburq”un heyətində 42 oyunda 34 qol vurub.

Xəbər 351 dəfə oxundu.