“Keşlə” ilə qarşılaşacaq “Soçi” klubu altı futbolçusu ilə müqaviləni yeniləyib
Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Keşlə” ilə qarşılaşacaq Rusiyanın “Soçi” klubu bir neçə futbolçusu ilə müqaviləni yeniləyib.

Rusiya təmsilçisi Soslan Canayev, Kristian Noboa, Artur Yusupov, İbrahim Çallaqov, Kirill Zayka və Maksim Barsov ilə müqaviləni yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Amma futbolçularla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Bakı təmsilçisi “Soçi” ilə ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

Xəbər 365 dəfə oxundu.