Qadın paracüdoçularımız “Tokio-2020”yə Zaqatalada hazırlaşırlar
İyunun 30-da Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) cüdo üzrə qadınlardan ibarət milli komandasının Zaqatalada təlim-məşq toplanışı başlayıb.

Paracüdoçularımız baş məşqçi, Paralimpiya çempionu Ramin İbrahimovun rəhbərliyi altında iyulun 10-dək hazırlıq prosesində iştirak edəcəklər.

Təlim-məşq toplanışı “Tokio-2020” Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, qadın paracüdoçularımızdan Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (70 kq-dan yuxarı) artıq “Tokio-2020”yə lisenziya qazanıblar.

Xəbər 332 dəfə oxundu.