Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək
Cüdo üzrə bu il keçirilməsi nəzərdə tutulan və koronovirus səbəbindən ləğv olunan bir sıra yarışlar yenidən Beynəlxalq Cüdo Federasiyasının (İJF) təqviminə daxil edilib.

Onlardan biri də, Bakıda may ayında təşkili planlaşdırılmış və epidemiya səbəbindən baş tutmayan “Böyük dəbilqə” turniridir. Yarışın bu ilin noyabrın 5-7-də keçiriləcəyi qərara alınıb.

Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir. 2020-ci ildə Bakıda təşkili nəzərdə tutulan analoji yarış da eyni səbəbdən baş tutmamışdı.

Xəbər 383 dəfə oxundu.