Sumqayıtda stadion ətrafının abadlaşdırılmasına yarım milyon ayrıldı
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun ətraf hissəsinin abadlaşdırılması və yaşıllıq işlərinin satın alınmasına yarım milyon manatadək vəsait ayrılıb.

Bununla bağlı iyunun 16-dan tender elan olunub. Dekabrın 30-da başa çatacaq tenderin qalibi 443 000 manat 30 qəpik qazanacaq. Maraqlanan şəxslər Şəhər İcra Hakimiyyətinə müraciət etməlidir.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına 5 milyon manat vəsait sərf edilib.

"Report"

Xəbər 383 dəfə oxundu.