“Gender bərabərliyinin təbliği və UNIFIED qız futbolunun inkişafı” layihəsi üzrə metodiki seminar keçiriləcək
İyunun 30-da “Davam Gənclər Hərəkatı”nın Bakı ofisində “Gender bərabərliyinin təbliği və UNIFIED (İnklüziv birləşmiş idman komandası) qız futbolunun inkişafı" layihəsi üzrə metodiki seminar keçiriləcək.

Layihənin məqsədi Azərbaycanda əqli və sağlamlıq imkanları məhdud qruplar arasında gender bərabərliyini təbliğ etmək, gender əsaslı zorakılığın qarşısını almaq və lazım olduqda bu cür şiddət hadisələrini bildirmək üçün müvafiq təlim, məlumat və mənbələr təqdim edərək iştirakçılar arasında gender əsaslı şiddəti azaltmaqdır.

Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı, BMT Əhali Fondunun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə keçirilən layihənin nəticəsi kimi, əqli qüsuru olan və olmayan 40 qadın keyfiyyətli idman təcrübəsinə yiyələnəcək, gender əsaslı zorakılıq və reproduktiv hüquqlarla bağlı məlumat əldə edərək öz qabiliyyətinə bələd olacaq və hüquqlarını biləcək.

Xəbər 346 dəfə oxundu.