“Neftçi” “Spartak”a qalib gəldi
Bakının “Neftçi” futbol klubu təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Komandamız Rusiyanın “Spartak” (Moskva) klubuna 2:1 hesabı ilə qalib gəlib.

Avstriyanın Fillax şəhərində baş tutan matçda “ağ-qaralar”ın qollarını Namik Ələskərov və Harramiz Suares vurublar. Rəqibin heyətində isə Mixail İqnatov fərqlənib.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan komandamız təlim-məşq toplanışını başa vuraraq iyunun 30-da Bakıya qayıdacaq. “Neftçi” bundan əvvəlki sınaq matçlarında iyunun 21-də Sloveniyanın “Olimpiya” (1:1), ayın 24-də isə “Domjale” (1:2) klubları ilə qarşılaşıb.

Xəbər 359 dəfə oxundu.