"Neftçi" braziliyalı legioneri ilə yollarını ayırdı
“Neftçi” klubu futbolçusu Tallison Diasla yollarını ayırıb.

Azsport.az klubun rəsmi saytına istinadən məlumatına görə, sol cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Braziliyalı futbolçuya xidmətləri qarşılığında təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Tallison 22 oyunda meydana çıxıb.

Xəbər 330 dəfə oxundu.