Aşağı yaşlı karateçilərimiz Xorvatiyada dünya kuboku və Gənclər Liqası yarışlarında iştirak edəcəklər
Aşağı yaşlı karateçilər Poreç şəhərində iyulun 2-4-də keçiriləcək rəsmi yarışlarda iştirak etmək üçün Xorvatiyaya yola düşüblər.

12-21 yaşadək idmançıların dünya kuboku və Gənclər Liqasında 59 idmançımız iştirak edəcək.

AMKF-nin prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev, Nağı Mehdiyev və Şahin Atamov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov, beynəlxalq hakimlərdən isə Cahangir Babayev və Şahin Xudaverdiyev yer alıblar.

Dünya Karate Federasiyasının bu rəsmi turnirləri avqustun ikinci yarısı Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək Avropa çempionatına son hazırlıq xarakteri daşıyır.

Dünya kuboku və liqa yarışlarında 60-dək ölkədən 1700-ə yaxın karateçi iştirak edəcək.

Xəbər 364 dəfə oxundu.