“Trabzonspor” klubu Sloveniya millisinin kapitanı Marek Hamşiki heyətinə qatıb
“Trabzonspor” futbol klubu Sloveniya millisinin kapitanı Marek Hamşiki heyətinə qatıb.

Trabzona gələn 34 yaşlı yarımmüdafiəçinin təqdimat mərasimi baş tutub. “Trabzonspor” Hamşik ilə ikiillik sözləşmə imzalayıb.

Qeyd edək ki, sonuncu dəfə “Höteborq”un formasını geyinən sloveniyalı oyunçu İtaliyanın “Breşia”, “Napoli”, Çinin “Dalian” klublarında çıxış edib.

Xəbər 370 dəfə oxundu.