Messi bombardirlər siyahısında irəlilədi | |
Milli komandaların ən yaxşı bombardirləri siyahısında dəyişiklik baş verib. Bu, Argentina yığmasının futbolçusu Lionel Messinin Amerika Kubokunda Boliviya ilə görüşdə "dubl" etməsindən sonra gerçəkləşib. Kapitan aktivindəki qolların sayını 75-ə çatdıraraq, 9-cu pilləyə yüksəlib. Onunla birgə daha 3 futbolçu eyni sayda qol müəllifidir. Yığmaların ən yaxşı bombardirləri: 1-2. Əli Daei (İran) - 109 qol 1-2. Kriştianu Ronaldu (Portuqaliya) 3. Moxtar Dahari (Malayziya) - 89 4. Ferents Puşkaş (Macarıstan) - 84 5. Qodfri Çitalu (Zambiya) - 79 6. Husseyn Səid (İraq) - 78 7. Pele (Braziliya) - 77 8. Əli Mabhut (BƏƏ) - 76 9-12. Lionel Messi (Argentina) - 75 9-12. Şandor Koçiş (Macarıstan) 9-12. Kunisiqe Kamamoto (Yaponiya) 9-12. Bəşər Abdulla (Küveyt) |
|
Xəbər 349 dəfə oxundu. |
|
|