Bakının “Sabah” klubu Tbilisidə 4 yoxlama oyunu keçirəcək
Bakının “Sabah” futbol klubunun yay hazırlıq planı bəlli olub.

Komanda iyulun 1-də Bakıda yığışacaq. Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda baş tutacaq.

İyulun 15-də Tbilisiyə yollanacaq Bakı təmsilçisi orada iki həftə hazırlıq keçəcək.

Bakıda 2, Tbilisidə isə 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqib hələ müəyyənləşməyib.

Xəbər 329 dəfə oxundu.