Futbol üzrə İsveçrə yığması 67 illik həsrətə son qoyub
Futbol üzrə İsveçrə yığması 67 illik həsrətə son qoyub.

Komanda buna “Avro-2020”nin səkkizdəbir final mərhələsində Fransa yığmasını mübarizədən kənarlaşdırmaqla nail olub.

İsveçrə yığması uzun müddət idi irimiqyaslı turnirlərdə ən güclü 8 komanda arasında yer ala bilmirdi. Komanda sonuncu dəfə 1954-cü ildə İsveçrədə təşkil olunan dünya çempionatının dörddəbir final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

Qeyd edək ki, Fransa-İsveçrə oyununun əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penalti seriyasını dəqiq yerinə yetirən İsveçrə millisi (5:4) Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.

Xəbər 378 dəfə oxundu.