Avropa çempionatında çıxış edəcək gənc qız güləşçilərimiz müəyyənləşib
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

İyunun 30-da qitə birinciliyində qızlar mübarizəyə qoşulacaqlar.

Yarışda ölkəmizi gənclərdən və yeniyetmələrdən ibarət millimizin böyük məşqçisi Həsrət Məmmədyarovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kq), Firuzə Məcidova (59 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) təmsil edəcəklər.

Komandamız iyunun 29-da Dortmunda yollanıb.

Qeyd edək ki, yarışın proqramına əsasən, iyunun 30-da bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Ertəsi gün 50, 55, 59, 68 və 76 kiloqram çəki dərəcələrində çıxış edən qızlar xalça üzərinə çıxacaqlar. İyulun ilk günündə isə 53, 57, 62, 65 və 72 kiloqram çəki dərəcələrində yer alan güləşçilər mübarizəyə qoşulacaqlar.

Xəbər 316 dəfə oxundu.