“Qarabağ” klubu xorvatiyalı futbolçusu ilə müqaviləni yeniləyib
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Qarabağ” daha bir futbolçusu ilə razılığa gəlib.

Ağdam təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilənin müddətini uzadıb.

Otuz yaşlı oyunçu Ağdam təmsilçisi ilə ikiillik yeni sözləşməyə imza atıb.

Qeyd edək ki, F.Ozobiç 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, daha əvvəl Azərbaycanda “Qəbələ”nin formasını geyinib.

Xəbər 353 dəfə oxundu.